Şuşada yük maşını aşıb: Ölən var

   Şuşada yük maşını aşıb:    Ölən var
  02 Dekabr 2022    Oxunub:731
Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Rəsmi məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.

Hazırda Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti