"Lavrov çıxış edərkən erməni yanğısını göstərir" - Siyavuş Novruzov

“Rusiya XİN başçısı çıxış edərkən erməni yanğısını göstərir. Gah deyir ki, onlar vaxtında ermənilərə təklif verdilər, dəyərləndirilmədi, gah mərhələli, gah da Madrid prinsiplərindən danışır. Ermənistan rəhbərliyi son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışır. Xarici işlər naziri belə çıxış edər?
Soçi görüşündə də bu mövzunu salmaq istəyirdiniz. Amma Azərbaycanın qətiyyətli çıxışı nəticəsındə bu mövzu ləğv olundu. Suyunuz süzülə-süzələ qayıtdınız. Rusiya deyir ki, xəritələr tək bizdədir. O zaman niyə dayanırsız? Verin xəritələri, çıxarın qoyun ortaya, nəyi gizlətmək istəyirsiz? Bu gün Rusiyanın Müdafiə, Xarici işlər nazirlikləri, mediası tərəfindən Azərbaycana qarşı qərəzli çıxışlar edilir. Biz indidən Rusiyanın hər addımına cavab verməliyik, sonradan deməyək ki, bu ölkə niyə belə elədi. Hər addımına qarşı adekvat cavab verməliyik” - deyə deputat vurğulayıb.
AzVision.az
Teqlər: