Fransaya qarşı hansı addımları ata bilərik - Millət vəkilinin təklifləri

    Fransaya qarşı hansı addımları ata bilərik   -  Millət vəkilinin təklifləri
  02 Dekabr 2022    Oxunub:743
“Sərhədlərindən 10, 12, hətta 15 min kilometr uzaqlarda yerləşən 13 ayrı-ayrı torpaqları özününküləşdirən bir ölkənin təcavüzündən əziyyət çəkən dövlətlərə parlament diplomatiyası çərçivəsində dəstəyimizi bildirməliyik.”
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Fransanın Azərbaycan əleyhinə qərəzli mövqeyini kəskin tənqid edən deputat Sahib Alıyev öz çıxışında belə deyib.

Fransa Senatının ardından parlamentin alt palatası olan Milli Assambleyanın da könül bulandırmaqdan və guya böyük görsənməyə çalışanların nə dərəcədə kiçik, cılız olduqlarını ortaya qoymaqdan başqa heç bir önəm daşımayan qətanamələrinin həmkarları tərəfindən kağız parçası adlandırıldığını vurğulayan millət vəkili “amma belə deməklə bəlkə də, kağız kimi qiymətli bir materiala haqsızlıq edirik” – deyib.

Bu addımları iddiası ilə potensialı üst-üstə düşməyənlərin, Azərbaycana təzyiq yolu ilə sövdələşəmə aparmağa çalışan riyakarların növbəti sərsəmləmələri kimi qiymətləndirən Sahib Alıyev, son nəticədə onların bütün cəhdlərinin puça çıxacağını bildirib.

“Fransa da, ona 44 günlük savaş zamanı qoşulmuş və yəqin yenə qoşulacaq digərləri də gec-tez anlayacaqlar ki, bu cür davranışlarala onlar öz məqsədlərinə çata bilməyəcəklər. İlk növbədə ona görə ki, qarşılarındakı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderlik etdiyi ləyaqətli olduğu qədər də qətiyyətli bir millət və dövlətdir” – millət vəkili qeyd edib.

Rəsmi Parisin Ermənistanı 169 il öncə qamarladığı dənizaşırı departamentlərindən olan Yeni Kaledoniya gözündə gördüyünü istisna etməyən deputat, nə Qarabağın Fransanın sonradan Kaledoniyaya qatdığı Metyu və Hanter adaları, nə də Azərbaycanın həmin üç adanı əlindən alındığı Vanuatu olmadığını diqqətə çatdırıb. Amma təəssüf ki, Paris bu acı həqiqətlərdən lazımi nəticə çıxarmır.

- Azərbaycanın Vanuatu olmadığını həmin Fransa ikinci Qarabağ savaşı zamanı BMT-də, iki həftə öncə isə Beynəlxalq Frankofoniya Təşkilatının Tunisdəki Zirvəsində əleyhimizə hazırladığı qətnaməni keçirə bilməməklə gördü. Amma təəssüf ki, o dövlətin başında heç bir baxımdan yerində olmayan, öz təbirlərincə desək, “inadekuat” biri dayandığından hələ düzgün nəticə çıxarmırlar, – Sahib Alıyev bildirib.

Millət vəkili ötən dəfəki müzakirələr zamanı bir neçə həmkarının və özünün irəli sürdüyü təklifə qayıdaraq, Rarisin qərəzli mövqeyinə qarşı atıla biləcək addımları diqqətə çatdırıb.

“Fikrimcə, biz Fransanın bu riyakarlığını təkcə pisləməklə kifayətlənməməli, gərəkən digər addımlar da atmalıyıq. Sərhədlərindən 10, 12, hətta 15 min kilometr uzaqlarda yerləşən 13 ayrı-ayrı torpaqları özününküləşdirən bir ölkənin təcavüzündən əziyyət çəkən dövlətlərə parlament diplomatiyası çərçivəsində dəstəyimizi bildirməliyik. Fransa Mərakeşin 3, Surinamın Qviana qarışıq bir neçə, Qəmərin Mayottu, Mavrikin Tromlen adalarını ələ keçirib öz deparatment, yaxud da torpaqları kimi təqim etdiyindən sözü gedən ölkələrlə arasında neçə illərdir davam edən qarşıdurma var. Fikrimcə, biz həmən ölkələrin parlamentlərinə haqlı davalarında dəstəyimizi çatdırmalı, uyğun zamanlarda bununla bağlı qətnamə hazırlamalıyıq”.

Fransa kimi ölkələrin sülhpozucu hərəkətlərindən ruhlanaraq revanşizmə meyllənən qonşularımıza gəldikdə isə, Sahib Alıyev birinci dünya savaşı zamanı onlardan faydalandıqdan sonra necə taleyin ümidinə buraxıldıqlarını xatırlamlarını və Fransanın din pərdəsi adı altında atdığı addımlara çox da güvənməmələrini məsləhət görüb.

“Hansısa marağı potensialının imkan verdiyi həddə təmin olunduğu halda yenə eyni davranış sərgiləyəcək. Çünki imperiyalarda din və iman olmur, dəyişməyən maraq olur” – millət vəkili yekunda vurğulayıb.

AzVision.az

Teqlər:







Xəbər lenti