Daha bir maraqlı məqam əməkdaşlarımızın sosial şəbəkələrdə uzun-uzadı axtarışlarına baxmayaraq, bu 14 nəfərin heç birinin hesablarının aşkarlanmamasıdır. İndiki zamanda sosial şəbəkələrdə heç bir izin olmaması çox nadir haldır. Üstəlik, söhbət bir yox, 14 nəfərdən gedir. Bu adamlar hansı məxfi fəaliyyətlə məşğuldurlar ki, sosial şəbəkələrdən uzaqdırlar? Adətən, belə yanaşma hərbçi və ya xüsusi xidmət orqanlarının əməkdaşlarına xas olur.
Digər tərəfdən, Xankəndinə gəlmiş qrup üzvlərinin sənədlərindəki adların saxta olması da mümkündür – kəşfiyyat orqanları üçün bu, adi haldır. Məsələn, İngiltərədə baş vermiş rezonanslı sui-qəsddə olduğu kimi – Sergey Skripalı zəhərləmək üçün bu ölkəyə göndərilmiş Rusiyanın xüsusi xidmət orqanlarının iki əməkdaşı “Petrov” və “Boşirov” adlarının saxta olduğu yaxşı məlumdur.
Odur ki, biz tam əmin deyilik ki, indi açıqladığımız ad və soyadlar saxta deyil. Amma istənilən halda, 7 gün əvvəl rusiyalı sülhməramlıların Xankəndinə buraxdıqları İran vətəndaşları Qarabağa məhz bu adlarla keçiblər:
Mohmadi Vahab Mehralı
Heidari Abdollah Alah Rahm
Mohmadi Daryoosh Avaz
Amiritolmarani Elsa Mohammad
Salahshouri Dourakı Farzad Nader
Mohmadi Aref Hossein
Almasian Nezhad Ebrahim Mohammad
Mohmadi Abdollah Mehr Ali
Mohmadi Nasrolah Mehr Ali
Safari Hossein Hatam
Kouravand Takht Sabzı Alı Shir Hossein
Mohmedi Omid Mehr Ali
Mohammadı Mokhtar Bar Ahmad
Salahshouri Dourakı Keramat Nader
Nəhayət, həmin şəxslərdən bəzilərinin fotolarını da təqdim edirik və ümidvarıq ki, İran səfirliyi axır ki, öz vətəndaşlarına sahib çıxıb susqunluğa son verəcək.(Qafqazinfo)



AzVision.az