"Son 21 ilin ən soyuq dekabrı 2002-ci ildə qeydə alınıb" - Umayra Tağıyeva

Onun sözlərinə görə, müşahidələrə görə, son 21 il ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb. Orta aylıq temperatur iqlim normasından 5 dərəcə aşağı olub. Bakıda 5 dərəcə şaxta qeydə alınıb, qar örtüyünün hündürlüyü 50 sm-ə çatıb. Naxçıvanda isə 30 dərəcə şaxta olub. Ümumilikdə, düşən yağıntının miqdarı iqlim normasını 6 dəfədən çox aşıb”.
U.Tağıyeva bildirib ki, şiddətli küləklər dekabr ayı üçün səciyyəvidir: “Belə ki, 2015-ci il dekabrın 4-də şimal-qərb küləyinin maksimal sürəti Neft Daşlarında 39 m/s, Bakıda 35 m/s olub. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 8.5 metrə çatıb. 2019-cu il dekabrın 2-də şimal-qərb küləyinin maksimal sürəti Sumqayıtda 40 m/s, Bakıda 38 m/s-ə çatıb”.
Xidmət rəisi vurğulayıb ki, ayrı-ayrı illərdə dekabr ayında fərqli hava şəraiti müşahidə olunub: “Məsələn, 100 illik sıralarda ən isti hava ilə bağlı rekord göstərici 1940-cı il dekabrın 11-də müsbət 27.1 dərəcə ilə müşahidə olunub. 2021-ci il dekabrın 1-də isə havanın temperaturu 26 dərəcəyə yaxınlaşıb. Qeyd edilən göstəricilər bir günlük maksimumlardır. Lakin bütövlükdə, ən isti dekabr ayı son 21 il ərzində 2010-cu ildə qeydə alınıb. Həmin il orta aylıq temperatur iqlim normasından 5.1 dərəcə yüksək olub”.
Aytən Zəhra
AzVision.az
Teqlər: