Dekabrda Bakıya qar yağmayacaq

Onun sözlərinə görə, əsasən şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir: “Dekabr ayının 7-nə kimi hava soyuq olacaq. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın 3-6 dərəcə isti olacaq”.
U.Tağıyeva bildirib ki, dekabrda şaxta gözlənilmir. "Ona görə də Abşeron yarımadasında yağıntılar yağış şəklində olacaq. Lakin qar görmək istəyənlər ölkənin digər ərazilərinə səfər edə bilərlər”.
Aytən Zəhra
AzVision.az
Teqlər: