Şamaxıda müəllim şagirdi sinifdəki şkafa girdiyi üçün döyüb? - VİDEO

O, şagirdinə qarşı şiddət göstərmədiyini dilə gətirib.
Məktəbli isə iddia edib ki, tənəffüs zamanı sinif yoldaşı ilə birlikdə sinifdəki şkafa girdiyinə görə döyülüb.
Hadisədən xəbər tutan şagirdin anası məktəbə gedib. Valideyn müəllimin üzr istəməsini tələb edib. İddia edilir ki, direktor otağında valideynlə müəllim arasında mübahisə yaşanıb.
Məsələylə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsi münasibət bildirib.
Bildirilib ki, təhsil ocağında baş verdiyi iddia edilən xoşagəlməz hadisənin təfərrüatlarına aydınlıq gətirildikdən sonra məsləyə hüquqi qiymət veriləcək.
Daha ətraflı süjetdə:
AzVision.az
Teqlər: