Malayziya Təhsil Nazirliyi Bakıda sərgi açdı

Sərgi azərbaycanlı tələbələrin Malayziyanın nüfuzlu və dünya standartlarına cavab verən təhsil ocaqlarında tədris keçməklərinə imkan yaradır.
Malayziya Səfirliyinin müvəqqəti işlər müdiri Mardiana Muhammed Ruhani jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi təhsilin keyfiyyəti baxımından dünya ölkələri sırasında 11-ci yeri tutur:
"Malayziyada 590-a yaxın universitet var, 162 ölkədən tələbə təhsil alır. Təhsil imkanları yüksəkdir. Dövlət universitetlərində təhsil haqqı 2 min dollardan başlayır, təqaüd imkanları mövcuddur. Azərbaycanlı tələbələrə isə Malayziyada 20 faiz ilkin endirim və 50 faizədək təqaüd imkanları təklif edilir. Hazırda müraciət edən tələbələrin qeydiyyat xərclərinə 90 faiz endirim olacaq".
AzVision.az