Suriyadan Azərbaycana gətirilən qızdan tükürpədici açıqlama - VİDEO

   Suriyadan Azərbaycana gətirilən qızdan tükürpədici açıqlama -    VİDEO
  05 Dekabr 2022    Oxunub:796
Azərbaycan hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq Suriyadan daha 16 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 3-ü qadın, 13-ü uşaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən repatriantların qarşılanması və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanılıb. Suriyadan Azərbaycana gətirilən azyaşlı qızlardan biri başına gələn dəhşətlərdən söz açıb:

“Atalığım dedi ki, Türkiyəyə gəlin. Biz avtobusdan düşəndə hər yerdə silahlı insanlar var idi. Soruşanda ki, nə baş verir? Cavab verdilər ki, siz Suriyadasınız. Bir neçə dəfə qayıtmaq istədik. Amma qayıtmağa icazə verilmədi. Yanımıza mühafizəçilər də qoymaq istəyirdilər ki, anam qaçmasın. Atalığım yanımızda deyildi, onu tutdular. Sonra anam qaçmaq istədi”.




AzVision.az



Teqlər:





Xəbər lenti