Bu sahələrə ayrılan vəsait azaldılır

   Bu sahələrə ayrılan vəsait azaldılır
  05 Dekabr 2022    Oxunub:652
Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlərlə bağlı xərclər azaldılır.
AzVision.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bununla bağlı büdcəyə dəyişikliklər müzakirə edilib.

Dəyişikliyə əsasən, 2023-cü il dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı xərclərin 1 milyon 100 min manat azaldılaraq, 561 milyon 709 min 598 manat olması proqnozlaşdırılır.

Ümumilikdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq edilir.

Müzakirələrdən sonra büdcə üçüncü oxunuşda plenar iclasa tövsiyə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti