"Xəzər suitilərinin ölümü araşdırılır" - ETSN

“Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində suiti cəsədinin olması faktı qeydə alınmayıb, lakin yaxın günlərdə belə vəziyyət gözlənilə bilər, yəni suiti cəsədləri Dağıstan tərəfindən Abşeron yarımadasının şimal sahillərinə dəniz axınları ilə gətirilə bilər”, - o vurğulayıb.
Xatırladaq ki, Xəzərdə suitilərin kütləvi ölüm halları artıb. Qırmızı Kitaba düşən suitilərin sayı artaraq 2500-ə çatıb.
Hazırda Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ölmüş suitilərin sayını hesablamağa davam edir. Qeyd olunur ki, ölü heyvanlar Yüzbaş ərazisində, eləcə də Sulak və Şurinka çaylarının mənsəbləri arasında aşkar edilib.
Bildirilib ki, son 10 ildə suitilərin bu cür kütləvi ölümü aşkar edilməyib.
Aytən Zəhra
AzVision.az
Teqlər: