Sabah 2 dərəcə şaxta olacaq - Proqnoz

   Sabah 2 dərəcə şaxta olacaq -    Proqnoz
  05 Dekabr 2022    Oxunub:1711
Dekabrın 6-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti, Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 8-11° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yoların buz bağlaması ehtimalı var.

AzVision.az



Teqlər:





Xəbər lenti