“Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq” - Rusiyalı general

Jurnalistimizin ünvanladığı “əgər yoxlanış üçün avadanlıq yoxdursa, təhlükəsizliyin tam təminatı haqda danışmaq nə qədər doğrudur?” sualını cavablandıran A.Volkov vurğulayıb ki, post qoyulacaq və lazımi yoxlanış həyata keçiriləcək.
“Belə olan halda mən düşünürəm ki, işimizin effektivliyini artıracağıq və bura hər hansı qadağan edilmiş yüklərin daşınmamasına zəmanət təmin olunacaq”, - deyə sülhməramlı qüvvələrin generalı bildirib.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin sonunda imzalanan üçtərəfli 10 noyabr bəyanatının 4-cü bəndinə görə, Rusiya sülhməramlıları beş il müddətinə Qarabağa yerləşdiriliblər.
AzVision.az
Teqlər: