“Şaxtyor”(Donetsk) Rusiya çempionatında

“Şaxtyor”(Donetsk) Rusiya çempionatında
  13 May 2014    Oxunub:1317

Bazar günü keçirilən referendumdan sonra müstəqilliyini elan edən “Donetsk Xalq Cümhuriyyəti” Rusiyaya birləşmək istədiyini bildirdikdən sonra futbol aləmində də parçalanma qaçılmaz olub.
AzVision.az xəbər verir ki, bu birləşmə baş tutarsa “Şaxtyor”(Donetsk) Rusiya klubuna çevriləcək.

“Donetsk Xalq Cümhuriyyəti“nin rəhbəri Denis Puşilinin Rusiyaya müraciətindən sonra Rusiya prezidenti Vladimir Putinin nümayəndəsi Dmitri Peskov referendumun nəticələrinə uyğun hərəkət edəcəklərini bildirib.

Beləliklə, yaxın günlərdə avrokubokların sahibi, bir çox dünya azarkeşlərinin rəğbətini və sevgisi qazanan `Şaxtyor` klubunun bundan sonra rus klubu kimi fəaliyyət göstərdiyinin şahidi olacağıq. Onun Rusiya çempionatında iştirakı da gözlənilir.

Emin



Teqlər:  





Xəbər lenti