Bir ailənin 4 üzvü qaz sobasının tüstüsündən zəhərləndi
Belə ki, 1987-ci il təvəllüdlü Qədirova Günel Habil qızı, onun övladı, 2005-ci il təvəllüdlü Zeynalova Güllü Rac qızı, gəlinləri - 1991-ci il təvəllüdlü Qədirova Sevinc Nurəddin qızı və onun övladı, 2011-ci il təvəllüdlü Qədirli Leyla Ayaz qızı yaşadıqları evdə yanan qaz sobasının tüstüsündən zəhərləndikləri üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Hazırda onların səhhətləri normaldır. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
AzVision.az
Teqlər: