"Paşinyan dost ölkənin rəhbəri kimi görünür" - Zahid Oruc

   "Paşinyan dost ölkənin rəhbəri kimi görünür" -    Zahid Oruc
  06 Dekabr 2022    Oxunub:425
"Günün birində Co Baydenlə İbrahim Rəisi görüşüb Qarabağda vasitəçilikdən danışsalar, təəccüblənməyin. Ukrayna torpaqlarının müdafiəsinə 93 milyard avro silah və maliyyə yardımı ayıran, Krımı qaytarmağı tələb edən NATO üzvlərinin Qarabağa müstəqillik çağırışı ərazi bütövlüyünə və hüquqa həqarətdir".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib. Deputat bildirib ki, onlara baxanda Paşinyan dost ölkənin rəhbəri kimi görünür:

"Adam 4 ildir ki, keçmiş prezidentlərdən xalqımızın intiqamını alır və işğala görə utanır, üsyan edir ki, ikinci dövlət avantürası “ermənisiz Ermənistan” deməkdir. İrəvan parlamentində Azərbaycanla bağlı ədalətli və heç vaxt görünməmiş bəyanatlar səslənir. Məsələn, “beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək, 2020-ci ilin səhvlərini təkrarlamamalıyıq, Qarabağ məsələsində plankanı aşağı salmalıyıq, əks halda onlara ümid bəsləməməyi xahiş edirlər, biz sənədi imzalayacağıq, çoxları bizi söyəcək, satqın adlandıracaq, lakin nəticədə davamlı sülh əldə edəcəyik" sözlərini xatırlatmaq kifayətdir. Ona görə regionda barış üçün təşəbbüsləri xarici mərkəzlər linç edir. Milli informasiya məkanımıza yüzlərlə xəbər və kontentlərlə gündəmi formalaşdıran onlarla casus şəbəkələri var. Bir sözlə, Praqadan, yaxud Soçidən yaxın və təhlükəsiz şəhərlər Bakı, İrəvan və Ankaradır. Ərdoğan və Əliyevin üç ölkənin paytaxtında Paşinyanla görüşləri yeganə yoldur. Xalqlar əbədi müharibə və düşmənçilikdə yaşaya bilməz. Biz savaşla Şuşanı, sülhlə İrəvanı qazanacağıq".

Teqlər:







Xəbər lenti