"44 günlük müharibə ilə türkün gücünü bütün dünyaya göstərdiniz" - Hulusi Akar

“Türkiyə və Azərbaycan bir-birini doğma olan iki ölkədir. Hər cür təhdid və təhlükəyə qarşı, kədər və sevincdə bir yerdədir. Sizin 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarınızı işğaldan azad etdiyiniz “Bir Vətən əməliyyatı” zamanı bütün dünya bir daha bizim aramızdakı qardaşlığın ən gözəl nümunəsini gördü və dərk etdi. Siz 44 günlük bu şərəfli mübarizənin nəticəsi olaraq bütün dünyaya təkcə Ermənistana qarşı deyil, bu torpaqda ədalətsizliyə, qanunsuzluğa, çarəsizliyə göz yumanlara qarşı da böyük qələbə qazandığınızı, türkün gücünü göstərdiniz. 30 illik əzmkarlıq, inam və qətiyyət nəticəsində əldə edilən bu qələbə sayəsində uzun illərdən sonra ilk dəfə regionda sülh və sabitlik ümidləri çiçəkləndi”.
Aytən Zəhra
AzVision.az
Teqlər: