Nigar Köçərli iki şirkətini ləğv edir

Məlumata görə, Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alımış "Əli və Nino Qrup MMC" və "Nigar 1975" MMC-lər ləğv olunduqlarını elan edib.
Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 41, mənzil 75 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, hər iki şirkət 2014-cü ildə qeydiyyatdan keçib. Onların nizamnamə kapitalı müvafiq olaraq 100 manat və 10 manatdır.
Bu şirkətlərdən başqa, N.Köçərliyə məxsus "Əli və Nino", "Əli və Nino Nəşriyyatı" MMC-lər də var.
AzVision.az
Teqlər: