NATO ekspertləri Bakıda treyninq keçirir

NATO ekspertləri Bakıda treyninq keçirir
  07 Dekabr 2022    Oxunub:284
Milli Müdafiə Universitetində NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" çərçivəsində “Distant təhsil üzrə sistem administratorlarının hazırlanması” üzrə treyninq keçirilir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Distant təhsil üzrə NATO-nun aparıcı mütəxəssisləri tərəfindən Milli Müdafiə Universitetinin aidiyyəti nümayəndələrinə veb əsaslı təlim idarəetmə sistemi (ILIAS) platforması, platformanın imkanları və funksiyaları, multimedianın yaradılması və digər mövzularda məşğələlər keçirilir. Dekabrın 9-dək davam edəcək treyninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

AzVision.az

Teqlər:







Xəbər lenti