"Ətraf mühitə vurulmuş ziyana dair təkliflər sülhməramlılara təqdim olunub"

   "Ətraf mühitə vurulmuş ziyana dair təkliflər sülhməramlılara təqdim olunub"
  07 Dekabr 2022    Oxunub:501
Bu gün Rusiya sülhməramlılarının qərargahında bizim əsas problemlərimizdən biri olan ətraf mühit - Dəmirli və Qızılbulaq yataqlarının qeyri-qanuni işlənməsi və ətraf mühitə vurulmuş ziyanın qiymətləndirilməsi məqsədilə monitorinqin keçirilməsi ilə bağlı hazırladığımız yol xəritəsinə dair təkliflərimizi verdik.
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov deyib.

"Monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri normal şəraitdə baş tutdu. Ümid edirik ki, sabahdan işlərimizi davam etdirəcəyik" - o bildirib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri başa çatıb. Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti