
1992-ci ildə şəhərə müxtəlif istiqamətlərdən təşkil olunan hücum zamanı ermənilər Xankəndi tərəfdən açdıqları top atəşi nəticəsində Hacı Qulular mülkünun divarları uçmuş, tikili böyük zədələr almışdı.


"Hacı Qulu sarayı" kimi tanınan tarixi abidənin vaxtilə 46 otağı olub. Onların şəbəkəli interyerlərindən biri rəssam Vasili Vereşaqinin 1865-ci ildə çəkdiyi litoqrafiyada əksini tapıb. Bu əsərin qeyri-adi görkəmə malik tikilinin interyerinin bərpasınada böyük rol oynayacağını güman etmək olar...

Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün