Dieqo Kosta “Çelsi”də
![Dieqo Kosta “Çelsi”də Dieqo Kosta “Çelsi”də](https://azvision.az/photos/1382475072_226.jpeg)
London təmsilçisi ispaniyalı hücumçunun keçidinə görə, “Atletiko”ya 32 milyon funt sterlinq ödəyəcək. “Çelsi” artıq Kosta ilə şəxsi müqavilənin şərtlərini də razılaşıdırıb.
Futbolçunun transferi haqqında rəsmi olaraq iyun ayında, 2014-cü il Futbol üzrə dünya Çempionatından əvvəl elan olunacağı gözlənilir.
Qeyd edək ki, bu mövsüm 25 yaşlı Kosta 34 oyunda meydana çıxıb. O, bu oyunlarda 27 dəfə fərqlənib və 3 məhsuldar ötürmə edib.
Eldar Tanrıverdiyev
AzVision.az