Qaradağda 6 ağac qanunsuz kəsilib

Qaradağda 6 ağac qanunsuz kəsilib
  07 Dekabr 2022    Oxunub:520
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində 6 ağac qanunsuz kəsilib.
Bu barədə AzVision.az -a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, sözügedən ünvanda bu ilin aprel ayında 6 ağacın qanunsuz kəsildiyi müəyyən edilib və təbiətə dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Ərazidəki ağaclar isə sayılaraq qeydiyyata alınıb: "Bu gün isə həmin əraziyə təkrar baxış keçirilib, yeni ağac kəsintisi faktı qeydə alınmayıb”.
AzVision.az




Teqlər:





Xəbər lenti