Nazirlər Kabineti açıqlama yaydı

Nazirlər Kabineti açıqlama yaydı
  07 Dekabr 2022    Oxunub:332
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə AzVision.az -a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, iclasa AİH-nin Müşahidə Şurasının sədri, Baş nazir Əli Əsədov sədrlik edib.

İclasın gündəliyində AİH-in idarəetməsinə verilmiş Portfel şirkətlərinin 2022-ci ilin birinci yarımilliyi üzrə fəaliyyət Hesabatı, Portfel şirkətlərinin korporativ idarəetmə standartları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hüquqi-korporativ strukturunun təkmilləşdirilməsi və istiqraz buraxılışı, “Azərbaycan Hava Yolları” QSC-ə aid xüsusi əhəmiyyətli əqdin bağlanması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və AİH-in İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

AzVision.az

Teqlər:







Xəbər lenti