Sumqayıt qatarı piyadanı vurub öldürdü

   Sumqayıt qatarı piyadanı vurub öldürdü
  08 Dekabr 2022    Oxunub:340
Bu gün səhər saatlarında "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus Sumqayıt-Bakı sürət elektrik qatarının piyadanı vurması və onun ölməsi ilə nəticələnmiş hadisə keçid üçün qadağan olunmuş yolda baş verib.
AzVision.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

"Saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub. Vurulan şəxs hadisə yerində dünyasını dəyişib. Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

AzVision.az

Teqlər:







Xəbər lenti