Kamran Əliyev: "Qarabağa qanunsuz səfərlər yolverilməzdir"

      Kamran Əliyev:    "Qarabağa qanunsuz səfərlər yolverilməzdir"
  08 Dekabr 2022    Oxunub:425
"Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesinin davam etdirilməsi yolverilməzdir".
AzVision.az -ın xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşündə deyib. O, mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini qeyd edib.

Baş prokuror Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb. O, Birinci və İkinci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib.

AzVision.az

Teqlər:







Xəbər lenti