`Siyasi həyasızlığ`ın iki ustası – VİDEO

`Siyasi həyasızlığ`ın iki ustası – VİDEO
  13 May 2014    Oxunub:1917
Dünən Fransa səfirliyində Prezident Ollandla keçirilən görüşdən sonra Leyla Yunus və Xədicə İsmayıl növbəti dəfə jurnalistləri təhqir etdilər. Leyla Yunus ANS-in əməkdaşları haqqında `Mən də elə bilirəm ki, bunlar jurnalistlərdir` deyəndən sonra Xədicə İsmayıl `Ayıbdır. ANS-də işləmək ayıbdır`,- deyə onları aşağılayıb.

Daha sonra isə Xədicə deyir ki, ANS-də işləyən jurnalıistlər `vicdanlı adamlara yaxınlaşmamalıdırlar`.

Ayıb olan nədir? Əgər bir media orqanı ölkəsinin maraqlarından çıxış edirsə, bu, ayıbdır? Yaxud, əgər kimsə xaricdən maliyyələşən və elə xaricə də işləyən KİV-də çalışırsa, deməli, vicdanlı adamdır? Qəribə meyarlardır...

Leyla Yunus buna qədər də ANS-i (və tək onu yox) `hökumətə işləyir` deyə ittiham edirdi. Elə məsələlər var ki, orada məhz öz ölkənə, hökumətinə işləmək lazımdır. Çünki əks təqdirdə başqa hökumətə işləmiş olacaqsan. Hadisələrin mahiyyətini bilən hər kəs bunu anlayır. Hərçənd, o ayrı sualdlr ki, ANS də daxil olmaqla xaricə işləməyən media Leyla Yunusun saxlanma səhnəsindən necə xəbər yaymalı idi ki, onun xoşuna gəlsin? Yəqin belə:

- Baxın, biz indi Leyla Yunusun evinin qabağındayıq. Burada polislər onu tualetə getməyə qoymurlar. Vəziyyət çox dəhşətlidir. Alma yeməyinə baxmayın, Leyla xanımın vəziyyəti olduqca ağırdır. Hər saniyə onun sidik kisəsi patlaya bilər... Biz onu itirə bilərik... Amma yox, polislər ona yenə də tualetə getməyə imkan vermirlər...

Bunumu demək lazım idi? O halda həmin jurnalist `hökumətə işləyən` sayılmayacaqdı?

`Hökumətə işləyib` nə ediblər o jurnalistlər? Leyla Yunusun siyasi şou göstərməsi kor-kor, gör-gör ortada idi. Bunu öz adı ilə demək üçün obyektiv olmaq, deməmək üçün xaricdən maliyyələşən KİV-də işləmək lazım idi. Leyla Yunusa görəsə, iki mövqe var: onun dediyini deyənlər və `hökumətə işləyənlər`. Jurnalist əgər onun şousuna alət olmursa, demək, `hökumətə işləyir`.

Bu da şounun başqa bir tərəfi: Leyla Yunus az qala əri Arif Yunusun ölümcül vəziyyətdə olduğunu deyirdi. Amma biz şəkildə onun maşallah, turp kimi olduğunu görürük.



Şəkildən ayrı şey də görünür: Zal adamla doludur. Yəni Fransa prezidenti heç də təkcə Leyla Yunus, Xədicə İsmayıl, Əli Kərimli, İsa Qəmbər, Erkin Qədirli və Mehman Əliyevlə görüşməyib. Buna əmin olmaq üçün 5-dən o yana saymağı bacarmaq kifayətdir. Amma müxalifətçilər vəziyyəti bizə elə təqdim edirlər ki, sanki görüş təkcə və məxsusi olaraq onlarla keçirilib. Bu da öz önəmini artırmaq üçün miskin cəhdlərdən biridir.

`Olland müxalifətə süni nəfəs verdi` deyənlər bununla etiraf etmiş olurlar ki, müxalifət zatən can verir. Can verənə isə süni nəfəs uzun müddət kömək etməz. Amma məlum olur ki, heç o `süni nəfəs` də yox imiş: Olland sadəcə olaraq, ictimaiyyətin nümayəndələrilə görüşübmüş, həmin 6 nəfər isə yalnız geniş tədbirin iştirakçıları olublar.

`Siyasi əxaqsızlıq` köhnə temindir. Dünya belələrini çox görüb. Amma `siyasi həyasızlıq` termini hələ yox idi. Belə görünür ki, onu da politologiya elminə Leyla Yunus və Xədicə İsmayıl gətirirlər.

Tariyel Həsənov
AzVision.az





Teqlər:  





Xəbər lenti