Türkiyə Rusiyadan qazı endirimlə almaq istəyir

   Türkiyə Rusiyadan qazı endirimlə almaq istəyir
  08 Dekabr 2022    Oxunub:714
Türkiyə rəsmiləri cümə günü ( 9 dekabr – Red) Ankarada Rusiya nümayəndə heyəti ilə danışıqlarda bu ölkədən idxal olunan qaza 25%-dən çox endirimlə bağlı müzakirələr aparmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin yüksək rütbəli rəsmilərinə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Ankara güzəştin 2023-cü il ödənişlərinə və 2022-ci ildə edilən bəzi ödənişlərə geriyə tətbiq edilməsini hədəfləyir. Belə ki, Türkiyə istədiyi endirimi əldə edə bilməsə, o zaman ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasına çalışacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti