Ərzaq və dərmanların qiyməti niyə artıb? - Baş nazirdən açıqlama

      Ərzaq və dərmanların qiyməti niyə artıb?    - Baş nazirdən açıqlama
  09 Dekabr 2022    Oxunub:611
Qlobal inflyasiya öz təsirini göstərməkdədir. Azərbaycan da inflyasiya təzyiqi ilə üzləşir. İnflyasiya əsasən ərzağın 60 faiz bahalaşmasında özünü büruzə verir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında 2023-cü il üçün dövlət büdcəsinin müzakirəsi zamanı deyib. Baş nazir bildirib ki, qlobal istehsal-təchizat zəncirində qırılmalar dünya ərzaq qiymətlərinin bahalaşmasına, əksər ölkələrdə inflyasiyasının iki rəqəmli olmasına səbəb olub:

“Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzədir. Qlobal vəziyyətin necə olacağını təxmin etmək çətindir. Yalnız bu aydındır ki, dünya fevraldan öncə olduğu vəziyyətdə olmayacaq. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. İnflyasiya ölkəmizdə əsasən ərzağın təxminən 60 faiz bahalaşmasına səbəb olub".

Baş nazir diqqətə çatdırıb ki, ölkəmizdə dərman vasitələrinin qiymətlərinin artımı da müşahidə olunur. Belə ki, Azərbaycan dərman məhsullarının 95 %-dən çoxunu idxal edir. Dərman vasitələri Almaniya, Birləşmiş Krallıq, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən idxal olunur:

"Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi müvafiq qaydalara uyğun olaraq Tarif Şurası tərəfindən həyata keçirilir. Şura Tərəfindən son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub, bu da ümumi dərmanların cəmi 2%-dir. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi. Hazırda Azərbaycanda həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur”.

AzVision.az


Teqlər:





Xəbər lenti