Bəxtiyar Hacıyevin barəsində 50 günlük həbs qərarı verildi

***
İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.
Bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, B.Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: "Hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır".
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.
AzVision.az
Teqlər: