Uzun illər Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü olan professor Cavanşir Qurbanov dövlət başçımz tərəfindən "Əməkdar bədən tərbiyəsi və idman xadimi" adı və II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. O, həm də Yasamal rayonu Ağsaqallar Şurasının sədridir.
İdman xadimin oğlu, vətənpərvərlik mahnılarının müəllifi kimi tanınan şair Cəlal Qurbanov bildirib ki, atası daim mövcud siyasi kursun təbliğatçısı olub, öz sahəsində hər zaman şərəf və şəffaflıqla xidmət göstərərək dövlətimizin və idman ictimaiyyətinin adını uca tutub: “Mən Vətənə sevgini, dövlətə, dosta, qohuma sədaqəti atamdan öyrənmişəm. Rəhmətlik Kazım babam atamı gənc yaşlarından nəslimizin ağsaqqalı seçmişdi. İndi isə atam Yasamal rayonunun ağsaqqalıdır. Mən atamın həm idmançılar, həm dövlət adamları, həm də el arasında qazandığı hörmətdən, onun sözünün, adının çəkisindən olduqca böyük qürur hissi keçirirəm”.