Avrasiya İqtisadi İttifaqının Azərbaycanla əlaqələrinin perspektivləri

   Avrasiya İqtisadi İttifaqının Azərbaycanla əlaqələrinin perspektivləri
  09 Dekabr 2022    Oxunub:939
Dünən Bakıdakı Rus Evində “Odlar Yurdu” Universitetinin “İqtisadiyyat, Menecment və Biznes” İnstitutu, Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyi ilə birlikdə, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin və “Rossotrudniçestvo”-nun Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə ölkəmizin elmi-ekspert ictimaiyyətinin tanınmış nümayəndələrinin, diplomatik korpus təmsilçilərinin, KİV nümayəndələrinin iştirakı ilə növbəti tədbir keçirilib.
“İqtisadiyyat, Menecment və Biznes” İnstitutunun rəhbəri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədovun moderatorluq etdiyi tədbirdə Azərbaycan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında iqtisadi əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi imkanları ətrafında müzakirələr aparalıb.

Rusiyanın tanınmış dövlət xadimi, dünya iqtisadiyyatı üzrə dərsliklərin müəllifi, Rusiya parlamentinin keçmiş sədri və Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının ilk sədri professor Ruslan Xasbulatov video-formatda tədbirə qoşularaq, böyük potensiala malik olan Azərbaycanın Aİİ ilə əməkdaşlığının hər iki tərəf üçün ciddi dividendlər gətirə biləcəyini vurğulayıb. Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin əməkdaşı, iqtisad elmləri namizədi Zəlimxan Qaysumov da spiker qismində tədbirdə ətraflı məruzə ilə çıxış edib. Konfransda Azərbaycanla Aİİ arasında regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və iqtisadi əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsi imkanları mövzusunda fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Azərbaycan   Avrasiya  





Xəbər lenti