TAP ilə İtaliyaya 16 mlrd. kubmetr qaz nəql olunub

   TAP ilə İtaliyaya 16 mlrd. kubmetr qaz nəql olunub
  10 Dekabr 2022    Oxunub:799
Kommersiya əməliyyatlarının başlanmasından Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan Avropaya 18,5 mlrd. kubmetrdən çox qaz nəql edilib.
AzVision.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə TAP konsorsiumunun idarəedici direktoru Luka Şippati bildirib. Onun sözlərinə görə, indiyədək TAP ilə nəql olunan qazın təqribən 16 mlrd. kubmetri İtaliyanın payına düşüb.

Luka Şippati onu da əlavə edib ki, bu il TAP ilə İtaliyaya qaz tədarükü 10 mlrd. kubmetrə çatacaq, bu da illik müqayisədə 3 mlrd. kubmetr çoxdur.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

AzVision.az


Teqlər:





Xəbər lenti