DİN və DSX birgə əməliyyat keçirdi, İran vətəndaşları saxlanıldı - VİDEO

   DİN və DSX birgə əməliyyat keçirdi, İran vətəndaşları saxlanıldı  -    VİDEO
  10 Dekabr 2022    Oxunub:977
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.



AzVision.az


Teqlər:





Xəbər lenti