Azərbaycanda tələbinin başına iş gəldi: 127 min borcu yarandı

Xəzərxəbər-ə danışan Ümid Rüstəmov deyir ki, bir müddət əvvəl iş axtararkən elan qruplarından birinə daxil olub və iş üçün elan sahiblərindən biri ilə əlaqə saxlayıb. Elə olanlar da bundan sonra baş verib.İşə düzəlmək üçün şəxsi məlumatlarını qarşı tərəfə verən Ümid Rüstəmovun sözlərinə görə, ona məxsus ASAN imza və şəxsiyyət vəsiqəsi ilə şirkət açılıb. Hazırda şirkətin külli miqdarda vergi borcu yaranıb. Bu səbəbdən onun ölkədən çıxışına da qadağa qoyulub.
Ümid Rüstəmov deyir ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına həm elektron, həm də yazılı şəkildə müraciət edib.
AzVision.az
Teqlər: