Bəzi rayonlarda qaz təchizatında fasilə yaranıb

Bəzi rayonlarda qaz təchizatında fasilə yaranıb
  10 Dekabr 2022    Oxunub:731
Ölkə ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb.
AzVision.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat verib.

Qəza-bərpa xidmətinin əməkdaşları qeyd olunan rayonlara ezam olunub.

"Abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5 min abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır", - məlumatda deyilir.

AzVision.az



Teqlər: Qaz   Fasilə  





Xəbər lenti