Zibilqabına girən 4 nəfəri öldürdü, cəsədlərini parçalayıb çaya atdı

 Zibilqabına girən 4 nəfəri öldürdü, cəsədlərini parçalayıb çaya atdı
  11 Dekabr 2022    Oxunub:1012
ABŞ-da 67 yaşlı yerli sakin 4 kişini güllələyərək öldürüb, sonra isə onların cəsədlərini parçalayıb.
Bu barədə “True Crime Daily” məlumat yayıb. Hadisə 2022-ci ilin oktyabrında Oklahoma ştatında baş verib. Belə ki, hüquq-mühafizə orqanlarına itkin düşən dörd nəfərin qohumları müraciət ediblər.

Üç gün sonra polis həmin şəxslərin meyitinin hissələrini çayda tapıb. Müəyyən edilib ki, dostlar yerli sakinin zibilxanasından əşyalar oğurlayıblar.

Buna görə qəzəblənən şəxs onları güllələyib. Bundan sonra meyitləri hissələrə parçalayıb və qalıqlarını çaya atıb. Qatil həbs edilib, onun evindən ölən şəxslərin əşyaları aşkar edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti