Ceyhun Bayramov Belçikaya gedib

   Ceyhun Bayramov Belçikaya gedib
  11 Dekabr 2022    Oxunub:651
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçikaya işgüzar səfərə yola düşüb.
Bu barədə AzVision.az -a Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir Ceyhun Bayramovun səfər çərçivəsində ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti