Gədəbəydə 17 yaşlı qız 50 yaşlı kişiyə ərə verildi

   Gədəbəydə 17 yaşlı qız 50 yaşlı kişiyə ərə verildi
  12 Dekabr 2022    Oxunub:1114
Gədəbəydə 17 yaşlı qız 50 yaşlı şəxsə ərə verilib.
AzVision.az xəbər verir ki, sözügedən məclisdən olan görüntülər sosial mediada yayılıb. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də sözügedən videonu paylaşaraq məsələyə münasibət bildirib.

Videodakı 50 yaşlı şəxsin adının Elfaq Şəkərbəyli olduğu iddia olunub. Yazılan şərhlərdə kişinin birinci evliliyi olmadığı bildirilib. Qeyd edilir ki, Elfaq Şəkərbəyli oğlunun nişanlısının bacısına "aşiq" olub və onunla evlənmək istəyib.

AzVision.az


Teqlər:





Xəbər lenti