ADPU-nun rektorunun müşaviri vəfat edib

ADPU-nun rektorunun müşaviri vəfat edib
  12 Dekabr 2022    Oxunub:796
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektorunun müşaviri, filologiya elmləri doktoru, professor Vilayət Əliyev vəfat edib.
Bu barədə ADPU məlumat yayıb. Alim 84 yaşında dünyasını dəyişib. V.Əliyev 1938-ci ildə Nuxa (indiki Şəki) rayonunun Daşbulaq kəndində anadan olub. 1962-1967-ci illərdə Azərbaycan SSR EA Dilçilik İnstitutunda elmi işçi, 1967-1970-ci illərdə M.F.Axundov adına Dillər İnstitutunda dosent, 1971-ci ildə Yerevan Pedaqoji İnstitutunun azərbaycan bölməsində dosent, 1972-1977-ci illərdə Y.Məmmədəliyev adına Naxçıvan Pedaqoji Universitetində dosent, 1977-ci ildən V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun professoru,1997-2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin həm də elmi işlər üzrə prorektoru, 2016-cı ildən isə rektorun müşaviri olub. 1992-ci ildə professor elmi adını alıb.

Özbəkistanda, Türkiyədə, Türkmənistanda, Rusiyada elmi konfranslarda, Türkiyədə Türk xalqları və Topluluqlarının IX qurultayında iştirak edib. Türkologiya, Azərbaycan dilçiliyi, toponimika sahəsində 200-dən çox elmi məqalənin müəllifidir, Maqsud Şeyxzadənin iki cildliyinin özbəkcədən tərcümə edib.

AMEA-nın Dilçilik İnstitutunun Dissertasiya Müdafiə Şurasının həmsədri olub. Allah rəhmət eləsin!

AzVision.az



Teqlər:





Xəbər lenti