Laçın yolunda etiraz aksiyası davam edir - Canlı

   Laçın yolunda etiraz aksiyası davam edir -    Canlı
  13 Dekabr 2022    Oxunub:1601
Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində dünəndən keçirdiyi aksiya bu gün də davam edir.
AzVision.az xəbər verir ki, etirazçılar məsələ həll olunana qədər qədər burada qalacaqlarını deyirlər.

Onlar sülhməramlı kontingentin komandiri Andrey Volkovun gəlişini tələb edirlər.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.



AzVision.az


Teqlər:





Xəbər lenti