Bakı-Quba yolunda qəza: Ölənlərin sayı 2-yə çatdı - YENİLƏNİB

  Bakı-Quba yolunda qəza:  Ölənlərin sayı 2-yə çatdı -  YENİLƏNİB
  13 Dekabr 2022    Oxunub:1226
TƏBİB Bakı-Quba yolunda baş verən qəzada yaralanan şəxslərin vəziyyətini açıqlayıb.
TƏBİB-dən AzVision.az-a verilən məlumata görə, qəzada yaralanan 3 nəfərin (hər biri qadın olmaqla) müalicəsi Siyəzən Müalicə Diaqnostika Mərkəzində davam edilir. Onların vəziyyəti hazırda orta ağırdır.

Hadisə nəticəsində xəsarət alan 1 nəfər isə( kişi olmaqla) Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub.

Qeyd edək ki, xəsarət alanların diaqnozları əsasən döş qəfəsinin küt travması, kürəyin küt travması, sınıqlar, cırılmış yaralar olub.

Xatırladaq ki, hadisə nəticəsində bir nəfər (kişi olmaqla) yerində, bir nəfər (kişi olmaqla) isə xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, qəzaya düşənlər Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləridir.

***
Bakı-Quba yolunda mikroavtobusla minik maşını toqquşub, ölən və xəsarət alanlar var.

AzVision.az xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarət alıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti