Şuşa-Xankəndi yolunda səsucaldıcılarla şüarlar səsləndirilir

   Şuşa-Xankəndi yolunda səsucaldıcılarla şüarlar səsləndirilir
  13 Dekabr 2022    Oxunub:1066
Şuşa-Xankəndi yolunda bir sutkadır davam edənh etiraz aksiyasının iştirakçılarının sayı artmaqdadır. Bakı və digər regionlardan aksiyanın keçirildiyi əraziyə ictimai fəalların axını başlayıb.
AzVision.az xəbər verir ki, artıq aksiya iştirakçıları səsgücləndiricilərdən istifadə edərək tələblərini səsləndidirlər.

İctimai fəallar aksiyada "Volkov, cavab ver!", "Ekoloji terrora son!" şüarları ilə çıxıçş edirloər.

Etirazçılar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gələnə qədər aksiyanı davam etdirəcəklərini qeyd edib.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti