“Səfər Mehdiyevə zəng edəndən sonra buraxdılar” - Deputat

O qeyd edib ki, bəzi dərmanları onların dostları xaricdən alıb göndərirlər: “Ramiz Rövşənin oğlu Konyadan mənə dərman alıb göndərib. Bir qutusunu 4 manata. 5 qutusuna 20 manat pul verib. Amma burada, Azərbaycanda dərmanın bir qutusu 27-28 manata satılır. Fərq böyükdür. Mən başa düşürəm, yol xərci, logistika xərcləri var. Amma qiymət fərqi olsun qoy iki dəfə. Amma 7-8 dəfə dərman baha ola bilməz”.
Deputat əlavə edib ki, insanlar ərzağın baha olmasına çox da etiraz etmirlər: “Mən bunu açıq deyirəm. Amma dərman insan sağlamlığı ilə bağlı olan məsələdir. Ona görə dərmanlarla bağlı normalar müəyyənləşdirilməlidir. Bir də baxmaq lazımdır, bəlkə dərman gətirəndə gömrükdə elə hərəkətləri edirlər ki, bu qiymətləri onların üzərinə qoymağa məcburdurlar?!”.
AzVision.az
Teqlər: