Ekoloqların aksiyasına qoşulanların sayı artıb - FOTOLAR

   Ekoloqların aksiyasına qoşulanların sayı artıb -    FOTOLAR
  13 Dekabr 2022    Oxunub:1171
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.
Bu aksiyaya ölkənin müxtəlif regionlarından olan fəallar qoşulur. Gecə saatlarında idmançılarımızdan ibarət qrup aksiyanın keçirildiyi əraziyə gəliblər. Bir neçə dəqiqə əvvəl isə 200 nəfərdən ibarət könüllü qrupu Şuşa-Xankəndi yoluna çatıblar və aksiyaya qoşulublar.



Etirazçıların tələbləri dəyişməzdir: Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoyulmalı, aksiya iştirakçılarının Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkmələri təmin edilməli, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov aksiya keçirilən yerə gəlməlidir. Aksiya dinc şəkildə keçir, hər hansı asayiş pozuntusu baş verməyib.





















AzVision.az


Teqlər:





Xəbər lenti