Deputat Xankəndindəki xəstələrlə bağlı Səhiyyə Nazirliyinə çağırış etdi

“Qoy Qarabağdakı dinc haylar görsünlər ki, Azərbaycanda onlara düşmən gözü ilə baxılmır. Amma bu ölkədə qalıb yaşamaq istəyirlərsə, digər vətəndaşlarımız necə, onlar da elə qanunlarımıza uyğun hərəkət etməlidirlər, əks təqdirdə Ermənistana üz tutmaqdan başqa yolları yoxdur. Ermənistanda onlara necə yanaşıldığı isə kimsəyə sirr deyil və o, da sirr deyil ki, Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingenti onların Ermənistana köçüb getməmələri üçün əlindən nə gəlir edəcək”, - deputat bildirib
Millət vəkili bu yanaşmanın ermənilərə canıyananlıqdan yox, Qarabağda qalmaq üçün Rusiyanın müvəqqəti hərbi kontingentinə lazım olduğundan irəli gəldiyini vurğulayıb. Yəni volkovları haylar yox, nə qədər uzun müddətdə mümkündürsə, bir o qədər Qarabağda qalmaq maraqlandırır. Vardanyan da Xankəndinə məhz bu məqsədlə göndərilib. Çünki rus şovinistləri olan Vardanyan da, digər erməni qulbeçələri də məhz Kremlin cızdığı çərçivədən kənara çıxa bilməzlər.
- Vardanyan Simonyan, Bağdasaryan, Moskvanın maraqlarına cavab verməyən davranış sərgiləyəndə öz xalqını “uzunqulaq” adlandıran Miqranyan və Rusiya televiziyalarında hər gün Ukraynaya od püskürən digərləri kimi əsl rus şovinistləridirlər. Onların hay təəssübkeşliyi Kremlin cızdığı çərçivədən kənara çıxa bilməz və çıxmır. Yəni dələduz Vardanyan Qarabağa oradakı soydaşlarına canı yandığı üçün gəlməyib, Rusiyanın regionda marağını təmin etmək üçün oradadır”, - Sahib Alıyev qeyd edib.
AzVision.az
Teqlər: