Sülhməramlılar aksiya keçirilən ərazidə kazarmalar quraşdırmağa başladı - FOTOLAR
13 Dekabr 2022
Oxunub:739
Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.
AzVision.az xəbər verir ki, artıq yerli media nümayəndələri ilə yanaşı, qardaş Türkiyədən olan jurnalistlər də aksiyanın keçirildiyi əraziyə gəliblər. Aksiya iştirakçılarının qarşısını kəsən Rusiya sülhməramlıları aksiya keçirilən ərazidə modul tipli kazarmalar quraşdırmağa başlayıb.