Prezidentin dəvət etdiyi qırğız məktəbliləri Azərbaycanda - FOTOLAR+VİDEO

   Prezidentin dəvət etdiyi qırğız məktəbliləri Azərbaycanda -    FOTOLAR+VİDEO
  13 Dekabr 2022    Oxunub:1001
Qırğız Respublikasının Nizami Gəncəvi adına 103 saylı məktəbinin və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyasının şagird-müəllim heyəti təcrübə mübadiləsi çərçivəsində “STEAM Azərbaycan” layihəsi ilə tanış olmaq məqsədilə Azərbaycanda səfərdədir.
AzVision.az xəbər verir ki, səfərin ilk günü nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər. Daha sonra nümayəndə heyəti Bakı Avropa liseyi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksini ziyarət edib, hər iki müəssisənin rəhbərliyi ilə görüşüb, şagirdlər üçün yaradılan şərait, həmçinin müəssisələrdə fəaliyyət göstərən STEAM mərkəzləri ilə tanış olub, ulu öndərin anım gününə həsr olunmuş sənədli film izləyib.

Səfər ərzində Qırğız Respublikasının nümayəndə heyətinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Avropa liseyi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksində STEAM yönümlü təlimlərdə iştirakı, həmçinin Bakı şəhərinin tarixi-memarlıq abidələrinə və qoruqlarına ziyarəti nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyev Qırğızıstanda səfərdə olarkən Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin və Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasiminə qatılıb və məktəblərin kollektivini Azərbaycana dəvət edib.











AzVision.az


Teqlər:





Xəbər lenti