Sülhməramlılar Laçın dəhlizi ilə hərəkətin bərpası üçün danışıqlar aparır

   Sülhməramlılar Laçın dəhlizi ilə hərəkətin bərpası üçün danışıqlar aparır
  13 Dekabr 2022    Oxunub:856
Rusiya sülhməramlı kontingentinin komandanlığı Laçın dəhlizi ilə mülki avtomobillərin hərəkətini bərpa etmək üçün Azərbaycan nümayəndələri ilə danışıqlar aparır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti