4 rayonda yarmarka keçiriləcək

4 rayonda yarmarka keçiriləcək
  13 May 2014    Oxunub:1274
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən may ayının sonunadək Naftalan şəhərində, Yardımlı, Qobustan və Şəki rayonlarında əmək yarmarkaları keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, hazırda həmin şəhər və rayonların məşğulluq orqanları tərəfindən tədbirlərə hazırlıq işləri çərçivəsində işəgötürənlərdən boş (vakant) iş yerləri barədə məlumatlar toplanır. Tədbirlərdə ayrı-ayrı iş axtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi də təmin olunacaq.
Cari ildə bölgələr üzrə Şəmkir və İsmayıllı rayonlarında artıq əmək yarmarkaları keçirilib və bu tədbirlərdə 233 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 15 nəfər peşə hazırlığı kurslarına, 14 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti